Apple şirkətində ÖLÜM: İşçi intihar etdi

Apple şirkətində ÖLÜM: İşçi intihar etdi

Uzun iş saatları və az maaşları ilə əvvəllər gündəmdə olan, iPhone-nun istehsal edildiyi Foxconn fabrikasında bir işçi özünü pəncərədən ataraq intihar edib.

Teach.az xəbər verir ki, hadisə Çinin Zhengzhou şəhərindəki Foxconn fabrikasında baş verib. İntiharın səbəbi hələ bilinmir. Qeyd edək ki, Foxconn azyaşlı işçiləri, az maaşı və 2010-cu ildə 14 işçinin intiharı ilə gündəmdə olub.