Audi Almaniyada Uçan Avtomobilləri Sınaqdan Keçirir!

Audi Almaniyada Uçan Avtomobilləri Sınaqdan Keçirir!

Alman avtomobil nəhəngi Audi və Airbus biznes birliyi, uçan avtomobillərin sınağı üçün Alman hökuməti ilə razılaşdı. Gələcək bizim qapımızdadır!

2018 Cenevrə Avtomobil Sərgisi çərçivəsində təqdimatı edilən vasitənin uzunca bir müddət daha qarşımıza çıxmasını gözləmirdik. Buna qarşı Audi, bu uçan avtomobillərin bir xəyaldan və ya şoudan ibarət olmadığını sübüt etmək üçün bu barədə işləri sürətləndirirlər.


Hazırda Pop.Up Next olaraq adlandırılan və böyük ehtimalla bu pis adla çıxışını reallaşdırmayacaq olan vasitələr iki nəfərlik və mobilliyi yüksək bir xəyal qarşımıza çıxır. Jetgillər-dən bəri xəyalımız olan vasitələrlə əlaqədar danışıqları aparan, Almaniya nəqliyyat naziri Andreas Scheuer mövzuyla əlaqədar bunları söylədi:

"Gələcəyin texnologiyası deyə baxılan uçan taksilər artıq indiki vaxtda ehtiyac duyulan bir hala gəlmiş vəziyyətdədir. Bu görə mobillikdə yeni bir dövrə keçirik. Uzun müddətdir bu sahədə araşdırma və inkişaf etdirmə fəaliyyətlərində idik və bu cəhdlər artıq meyvəsini verməyə başladı."


Əlbəttə ki test uçuşlarının başlayacaq olması bu texnologiyanın qısa müddət ərzində həyatımıza daxil olacağı mənasına gəlmir. Ancaq insanoğlunun xəyalının çatdığı yerə gec-tez özü də çatır. Bu xəyalın arxasında qaçan da yalnız Audi deyil: Daimlər və Intel də birlikdə uçan avtomobillərlə əlaqədar bir layihə inkişaf etdirir.