Toxunma hissi verən elektron dəri

Toxunma hissi verən elektron dəri

Protez üzvlərə toxunma hissi verəcək elektroni dəri yaradıldı.
Stenford Universitetində, Xerox PARC şirkətinin çap edilmiş elektron texnologiyası istifadə edilərək protez üzvlərə toxunma hissi verəcək elektron dəri yaradıldı.
Teach.az bildirir ki, amputasiya məruz qalan şəxslərin hərəkət etməsini və əşyaları tutmasını təmin edən protez üzvlərə yerləşdiriləcək çap edilmiş elektron dəridir: təmas etdiyi əşyadan aldığı siqnalları sinir hüceyrələri üzərindən beyinə çatdıraraq insanın toxunma hissini yaşamasını təmin edəcək.

Stenford Universiteti daxilində elm insanları tərəfindən uzun illərdir davam etdirilən süni üzvlərə toxunma hissi qazandırma işləri, Xerox PARC şirkətinin çap edilmiş elektron (printed electronics) texnologiyası və yanaşmasının istifadə edilməsi ilə müvəffəqiyyətə çatdı. Protez üzvlərə, toxunma hissi vermək üçün yaradılan elektron dəri texnologiyası, əşya üzərinə tətbiq olunan təması qəbul edərək insana toxunma hissi verəcək.
Elektron dərini yaradan araşdırma qrupunun rəhbəri professor Jenan Bao, təxminən 10 ildir protez üzvlərin hiss edə bilməsini təmin etmək üçün araşdırma aparır. On illik müddətin axırında, son hədəfləri olan insan bədəninə tam inteqrasiya edilmiş bir süni dəri yaratmaq üçün böyük bir addım atmağı bacaran Bao və qrupunun bundan sonrakı araşdırması isə, istiliyi hiss edə bilən dəri yaratmaq olacaq.

Teach.az (mənbə-deyerler.org)