Bu xəbəri oxuyaraq ölüm tarixinizdən xəbərdar ola bilərsiniz

Bu xəbəri oxuyaraq ölüm tarixinizdən xəbərdar ola bilərsiniz

"Google" şirkəti tərəfindən dərin təlim alqoritmləri əsasında hazırlanmış yeni neyron şəbəkəsi pasiyentin tibbi göstəricilərinə əsaslanaraq ölüm vaxtını proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Bu haqda "Bloomberg" nəşri məlumat verib.

Teach.az bildirir ki, alqoritm, süd vəzi xərçəngindən əziyyət çəkən qadın daxil olmaqla, bir neçə yüz min xəstə üzərində sınaqdan keçirilib. Kompüterlər rentgenoloji müayinənin məlumatlarını təhlil edərək xəstənin ölüm ehtimalını 9,3% qiymətləndiriblər. Ancaq 175639 parametri təhlil edən neyron şəbəkəsi bu göstəricini 19,9 faizədək yüksəldib. Həmin qadın 10 gün sonra dünyasını dəyişib.

Neyron şəbəkəsi yalnız ölüm vaxtını deyil, həm də xəstəliklərin başqa nəticələrini, həmçinin xəstəxanada qalma müddətini və yenidən xəstəxanaya yerləşdirilmə ehtimalını proqnozlaşdırır. Alqoritm PDF formatlı fayllardakı yazıları və köhnə tibbi kartları oxuya bilir, həmçinin həkimlərə öz vaxtlarına 80%-dək qənaət etməyə imkan verir.

Teach.az (mənbə-milli.az)