Apple dükanındakı iPhone alovlandı!

Apple dükanındakı iPhone alovlandı!

iPhone üçün yeni batareya dəyişdirmə proqramı başladıldıqdan sonra Apple Store-larda gərgin iş rejimi başlandı. Ancaq Zürihdə yerləşən Apple Store-ların birində batareyadan olduğu düşünülən üzücü bir hadisə baş verib.

Teach.az xəbər verir ki, Bahnhofstrasse 77 ünvanında yerləşən mağazanın aşağı mərtəbəsində olan servisdə təmir olunan iPhone-dan anidən duman çıxmaya başlayıb. Batareyanın yanması ilə mağazada olan yanğın əleyhinə siqnalizasiya işə düşüb.

Xarici KİV-lərdə olan xəbərlərə görə,yanğın siqnalizasiyasından sonra mağazada olan 50 nəfər təxliyə edilib. Texniki servisdə işləyən və telefon əlində alışan işçinin əlində kiçik yanıq xəsarətləri ilə digər altı nəfərin isə dumandan zəhərlənməyə görə ilk tibbi yardım aldıqları öyrənilib.

Baş vermiş hadisədə texniki heyətin səhvi olub olmadığı bilinmir. Əlavə olaraq işçilərin yanğına müdaxiləsi sonrası yanğın tam söndürüldüyündən yanğın söndürmə xidmətinə ehtiyyac qalmayıb.

Mağaza qısa müddətdən sonra təkrar müştərilərə xidmət etməyə davam edib.