Lato-da 18 İldir Eyni Rəqəmlərlə Oynayan Adam, Sonunda 2 Milyon Dollar Qazandı

Lato-da 18 İldir Eyni Rəqəmlərlə Oynayan Adam, Sonunda 2 Milyon Dollar Qazandı

Powerball lotereya çəkilişlərində 18 ildir eyni rəqəmləri oynayan bir ABŞ-lı sonunda 2 milyon dollarlıq mükafat qazanmağı bacardı.
Özündən əmin olmaq, bir şeylə məşğul olarkən daha möhkəm addımlar atmaq üçün əhəmiyyətlidir. Lakin mövzu şans oyunları olduğunda özünüzdən əmin olmağınız çox da mümkün deyil. Nəticə olaraq hamımız bilirik ki şans oyunları, milyardlarla ehtimaldan birinin reallaşdığı təşkilatlardır.

Bəlkə də səhv düşünürük. Bəlkə də şans oyunlarında özünə əmin olmaq vacibdir. Ən azından ABŞ-lı Michael Tran-ə soruşsaq alacağımız cavab bu olar. Keçdiyimiz günlərdə powerball lotereya çəkilişindən tam 2 milyon dollar qazanan Tran, Idaho lotereya səlahiyyətlilərinə etdiyi açıqlamada 18 ildir eyni rəqəmləri oynadığını söylədi.


"Biletimi dünən gecə telefonumla yoxladı və lotereya Ofisi ilə görüşməli olduğum xəbərdarlığıyla qarşılaşdım." deyən Tran, böyük hədiyyəni udmasa da 2 milyon dolların sahibi oldu. Güman ki, illərdir oynadığı rəqəmlərə uduş çıxması, hədiyyənin özündən daha böyük bir sevincə səbəb olmuşdur.

Powerball-dan qazandığı pulu necə xərcləyəcəksiniz sualına cavab olaraq Tran, ev kreditlərini verəcəyini və geri qalanını da yığacağını söylədi. Yuxarıda da ifadə etdiyimiz kimi bir lotereya nəticəsi, milyardlarla ehtimaldan yalnız birini göstərir. Yəni Tran kimi eyni rəqəmləri həyatınız boyunca oynasanız heç bir mükafat qazanamama ehtimalınız da var.