Çində 551 milyon illik 'Dünyanın ən qədim ayaq izi' tapıldı!
Çində araşdırma aparan bir qrup geoloq və paleontoloq dünyanın ən yaşlı canlı növündən birinin izini tapdı.
Çinin Yangzı çayı yaxınlığında həyata keçirilən işlər əsnasında, Çin Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Nancing Geologiya və Palaentoloji İnstitutu və Virginia Texnologiya Universitetindən bir qrup alim 'dünya üzərində olan ən qədim ayaq izini' kəşf etdi. 541-551 milyon il əvvələ aid olduğu müəyyən olunan ayaq izinin, təkamül prosesi üçün əhəmiyyətli bir dəlil olacağı düşünülür.
Olan ayaq izləri olduqca əhəmiyyətli çünki indiyə qədər Kembri partlamasında daha köhnəyə aid hər hansı bir calı izinə rastlanmamışdı.Tek hüceyrəli canlı formalarından çox hüceyrəli formalara təkamülün baş verdiyi və ani bir canlı əhalisi partlayışının yaşandığı Kembri dövrü, təxminən 542 milyon il əvvəl yaşanmışdı. Lakin tapılan ayaq izləri bu canlı növün nə olduğunu izah etmək üçün kifayət qədər məlumat vermir.
Ayaq izlərinin ölçüsü olduqca kiçikdir və bəhsi keçən canlının da artropod ailəsinin primitiv formalarına və atalarına aid ola biləcəyi düşünülür. İki fərqli yerdə eyni simmetrik ölçülərdə rast gəlinən izlər sayəsində, təkamülə dair ciddi cavablar alınacağı da gözlənilir. Araşdırmaya qatılan alimlər ayaq izi ilə bağlı məqalələri dərc ediblər, lakin bu mövzuda işləməyə davam edəcəklər.
sh