1963 model Ferrari GTO, 70 Milyon dollara satılaraq dünyanın ən bahalı avtomobili oldu

1963 model Ferrari GTO, 70 Milyon dollara satılaraq dünyanın ən bahalı avtomobili oldu

Dünyanın ən məşhur Ferrari mütəxəssisi Marcel Massini-nin iddiasına görə Alman koleksioner David MacNeil, 1963 model bir Ferrari GTO-nu 70 milyon dollar qarşılığında alaraq bir avtomobil üçün ödənilən ən yüksək ödəniş rekordunu qırmış olub. Bir əvvəlki rekord isə yenə Ferrari GTO satışında reallaşıb və avtomobil 53 milyon dollar qarşılığında əl dəyişdirmişdi.

Teach.az xəbər verir ki, 1963 model Ferrari GTO-dan dünya üzərində yalnız 36 ədəd var. Nə qədər zəngin adam olursa olsun yalnız 36 adam bu xüsusi avtomobilə sahib ola bilir.



Bununla birlikdə 70 milyon dollarlıq satış ilə rekord qıran 1963 model Ferrari GTO-nun fərqli bir xüsusiyyəti var. Avtomobil 1964-ci ildə reallaşan Tour de France rallisində birinci, Le Mans-da isə dördüncü olmuşdu. Bu da avtomobilin digər modellərə görə daha bahalı olmasına səbəb olur.

Marcel Massini-yə görə Ferrari GTO qiymətlərindəki artım davam edəcək. Massini, qarşıdakı 2-3 il içində 1963 model bir Ferrari GTO-nun 100 milyon dollara satıla biləcəyini söyləyib.

Fira