ASAN xidmət-in 19 milyonuncu vətəndaşı

ASAN xidmət-in 19 milyonuncu vətəndaşı

Rzayevlər ailəsinin 1 saylı Bakı ASAN xidmətmərkəzinə müraciəti ASAN xidmət mərkəzlərinə olan 19 milyonuncu müraciət kimi qeydə alınıb.

Bu barədə Teach.az-a qurumdan məlumat verilib.

Ailə 2 yaşlı övladı Amir Rza üçün Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Balaca Amirə ümumvətəndaş pasportu təqdim olunub və ASAN xidmət tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.