Uqandada Sosial Media İstifadəçiləri Artıq Vergi Ödəyəcək!
Uganda Parlamentindən səs çoxluğu ilə keçən və qanuniləşən bu yeni tətbiqə görə ölkədə Facebook, Twitter, WhatsApp kimi ictimai media platformalarını istifadə edən vətəndaşlar gündəlik 200 Uganda şilini (5 cent) vergi ödəyəcək.
Uqandada parlament, xüsusilə gənc deputatların sərt müxalifət və etirazlarına qarşı, sosial media istifadəçilərinin vergi ödəməsini ehtiva edən bir qanunu təsdiqlədi.
Qanunvericiliyə etiraz edən millət vəkilləri; yeni tətbiqin ikiqat vergitutma mənasını verdiyini,bu ağıla sığmaz qanundan ən çox da gündəlik 1 dollar belə qazana bilməyən yoxsul xalq təbəqələrinin təsirlənəcəyini ifadə etdi.
Mübahisəli qanunun 1 İyuldan etibarən tətbiq olunmağa başlanacağı bildirilərkən, verginin mpbil telefonu istifadəçilərindən necə alınacağı isə hələ müəyyən deyil.
Mövzunu ilk gündəmə gətirən adam, 1986-ci ildə bu yana ölkəni idarə etməkdə olan Uganda prezidenti Yoweri Musevenidir. Museveni, ötən il Mart ayında etdiyi bir açıqlamada; sosial medianın söz-söhbətləri təşviq etdiyini iddia edərək, bunun qarşısını almaq üçün ictimai medianı vergiyə tabe olaraq istifadə edəcəklərini söylədi.
Museveni, təhsil və informasiya əldə etmə sahəsində faydalı olan normal internet istifadəsindən isə vergi tələb edilməməsi lazım olduğunu müdafiə etmişdi.
Qərarın, başda ifadə azadlığı olmaqla insan haqq və azadlıqlarını məhdudlaşdıracağını vurğulayan tənqidçilər, Uqandada 2016-ci ildə edilən Prezident seçimi əsnasında sosial media platformalarına daxilolmaya maneə törədildiyini xatırlatdı.
Ölkədə 20 milyondan çox mobil telefon istifadəçisinin sosial mediaya gətirilən bu yeni vergi qərarından təsirlənəcəyi gözlənilir.
sh