2018-ci İldə iOS üçün çıxmış ən yaxşı 5 pulsuz oyun

2018-ci İldə iOS üçün çıxmış ən yaxşı 5 pulsuz oyun

iOS əməliyyat sistemi üzərindən oynayabileceğiniz bu ilin ən yaxşı 5 oyununu sizlər üçün tərtib etdik.
Telefondan oyun oynamaq hər keçən il bir addım daha da irəliləyir. İndi smartfonlarda demək olar ki, hər hansı bir kompüter və ya konsol səviyyəli oyun oynaya bilər. Sizlər üçün telefon başında uzun saatlar keçirmənizi təmin edəcək oyunları seçdik.


Fortnite
Battle Royale oyun növü hələ məşhurluğunun zirvəsində olduğundan bir çox oyunçu Fortnite'a böyük zaman xərcləyir. Bilməyənlər üçün qısa bir aşıqlama vermək lazım olsa, döyüş sahəsinə atlayan 100 oyunçu müxtəlif yollarla özlərinə müdafiə yerləri hazırlayaraq həyatda qalan son adam olmağa çalışır. Pulsuz olan oyunu buradan yükləyə bilərsiniz.


PUBGMobile

Playerunknowns Battlegrounds qrupu çox zaman itirmədən Tencent öndərliyində mobil platformaya da girərək ən böyük rəqibi Fortnite ilə yarışına davam edir. PUBG, Fortnite ilə müqayisədə bir az daha sadə bir oyundur, çünki binatikmək kimi mexanikiləri yoxdur. Ancaq bəzi insanlar üçün silahı əlinə alıbvə bir çox şeyi etmədən döyüşmək daha xoşdur.Pulsuz olan bu oyunu buradan yükləyə bilərsiniz.




The Sims
Bir zamanların əfsanə oyunu Sims mobil cihazlara uyğun bir şəkildə yenidən hazırlandı. Kompüter oyunuyla müqayisədə tək əskiyi bina seçimlərinizin daha az olmasıdır ancaq bunun xaricində PC-də aldığınız zövqün eynisini iOS cihazlarınızdan oynayaraq da əldə edə bilərsiniz. Sims Mobile-i buraya klik edərək yükləyə bilərsiniz.



İron Blade
Gameloftun inkişaf etdirdiyi RPG oyunu Iron Blade sizləri ucsuz-bucaqsız bir fantaziya dünyasına dəvət edir. RPG oyunları kompüter platformasında daha əhatəli olmasına baxmayaraq mobil üçün ən yaxşı RPG oyununun Iron Blade olduğunu söyləyə bilərik. Telefondan əşyalarını inkişaf etdirib fərqli diyarlarda macəralara atılmaq zövqlü bir təcrübə ola bilər. Əgər pulsuz olan oyunu sınamaq istəyirsinizsə buraya klik edərək yükləyə bilərsiniz.




South Park Phone Destroyer
Sevilən South Park serialının ilk rəsmi oyunu olan South Park: Phone Destroyer, real vaxt strategiya və kolleksiyaçı kart oyunu olma xüsusiyyətini daşıyır. South Park serialından gələn xarakterlərlə gülümsədən oyun, yalnız özünə aid bir çox oyun mexaniklərinə sahibdir. Ancaq qısaca bəhs etmək lazım olsa,əsasən burada kartlarınızdan istifadə edərək rəqibinizi öldürməyə çalışırsınız. Bir az gülmək və düşünmək istəyənlər buraya klik edərək South Park: Phone Destroyer oyununu yükləyə bilərlər.





sh