Süni İntellekt, Tarixdə İlk Dəfə Həkim Ehtiyacını Tamamilə Ortadan Qaldırdı!

Süni İntellekt, Tarixdə İlk Dəfə Həkim Ehtiyacını Tamamilə Ortadan Qaldırdı!

11 Aprel Çərşənbə günü ABŞ Qida və Dərman İdarəsi (FDA), süni intellekt dəstəkli bir xəstəlik diaqnoz qoyma üsulunu rəsmən təsdiq etdi. Cihaz, göz ilə əlaqədar xəstəliklərin təsbiti üçün lazım olan həkim ehtiyacını aradan qaldırmağı hədəfləyir.
İnsanın ən həssas orqanlarından biri olan gözlər, bədənimizdəki sinir quruluşunun ekoloji faktorlarla birbaşa əlaqə qurduğu məhdud saydakı organımızdan biridir. Eyni zamanda tək başına boynuna götürdüyü görmə duyğusunun da məsuliyyətini daşıyır. Həyatımız boyunca gözlərimizi qorumaq məcburiyyətində olduğumuz üçün tez-tez göz narahatlığı yaşamağımız da normaldır.

ABŞ-ın Ərzaq və Dərman İdarəsi, müalicə üsullarını lisenziyalaşdırma mövzusunda qlobal bir təsirə sahibdir. Bu təşkilat tərəfindən təsdiqlənən hər hansı bir dərman ya da texnika, qısa müddətdə dünya səviyyəsində tətbiq olunmağa başlayacaq.


Oftalmologiya, yəni görmə yolları xəstəlikləri və cerrahı ilə maraqlanan tibb elmi xüsusi inkişaf etdirilən sözü gedən texnika, süni intellekt dəstəkli bir cihaz sayəsində işləyir. IDx adı verilən cihaz, görmə yollarındakı xəstəliklərin təsbiti üçün hər hansı bir mütəxəssis asılılığını aradan qaldırma iddiasına sahibdir.

Diabet kimi xəstəliklərin görmə yollarında ciddi problemlərə yol açdığı düşünülsə, milyonlarla insanın təsbit barədə tutarlı bir həllə qovuşduğunu söyləmək mümkün olacaq.


Cihaz, xüsusi bir retinal kamera ilə çəkilən gözün görünüşlərini analiz etmək üçün süni intellekt alqoritmindən istifadə edir. Həkim ya da səlahiyyətli şəxs, görünüşləri bulud serverinə yükləyir və proqram təminatı müsbət ya da mənfi şəklində nəticə verir. Şəkilləri yükləmək üçün heç bir ekspertiza tələb olunmur.

Həkim ehtiyacını tamamilə ortadan qaldırdığını düşündüyümüzdə bunun dünyada bir ilk olduğunu söyləməliyik. Tarixdə ilk dəfə süni intellekt dəstəkli bir cihaz, məhdud bir sahədə də olsa mütəxəssislərə olan ehtiyacı aradan qaldırılması iddiası ilə təsdiq cavabı aldı. Əlbəttə bu xəbər, tibb ictimaiyyətində vəzifəli olan həkimlər üçün qismən pis xəbərdir, lakin hələ narahatlığa ehtiyac yoxdur. Süni intellektlərin həkimlərin bütün vəzifələrini boyun almalarına hələ çox uzun illər var.


sh