Google Play-in ən çox yüklənmiş oyunu müəyyən oldu!

Google Play-in ən çox yüklənmiş oyunu müəyyən oldu!

Kiloo Games tərəfindən inkişaf etdirilən və 2012-ci ildə nəşr olunan Subway Surfers, mobil cihazlar üçün illərdir məşhurluğunu itirməyən nadir oyunlardan biridir.
Qatar yolunda qaçaraq qızılların toplandığı oyun sadə quruluşuna baxmayaraq balların digər dostlar ilə müqayisə edilməsi ilə asılılıq yaradan hala gəlir. 2012-ci ilin may ayında Google Play-də verilən oyunla dünya rekordu imzalanmışdır.

Subway Surfers 1 milyard yüklənmə səviyyəsinə çatdı!
Hal-hazırda inkişaf prosesini icra edən Sybo və Killo Games, uzun illər keçməsinə baxmayaraq bu anda günlük 20 milyondan çox oyunçuya ev sahibliyi edən oyunun, Google Play Store-1 milyarddan çox dəfə yüklənən ilk oyun olduğunu açıqladı.


İnkişafı hər keçən il artan oyun, Android və iOS platformalarında 2015-ci ildə cəmdə 350 milyon dəfə endirildi. 2016-cı ildə 330 milyon dəfə yüklənən oyun, 2017-ci ildə 400 milyon yükləmə ilə üst sırasını qorudu.
Subway Surfers ilə birlikdə müvəffəqiyyətli bir çıxış təmin edən Temple Run isə, təəssüf ki, qısa bir müddət içərisində məşhurluğunu itirmişdi. Bunun yanında Subway'in yalnız iOS və Android dəstəyi ilə məhdud bir oyun olmadığını xatırlatmaq istəyirik.


sh