Kral Geri Döndü: Asphalt 9: Legends, App Store-Təqdim olundu

Kral Geri Döndü: Asphalt 9: Legends, App Store-Təqdim olundu

Mobil oyunlar, kompüter oyunlarının qrafik keyfiyyətinə yavaş yavaş çatmağa başlayıb. Snapdragon 845 kimi üst səviyyə chipset ilə masa üstü performansında yaxınlaşmağa başlayan prosessor gücləri, Asphalt kimi oyun versiyalarında da daha çox imkan tanımağa davam edir.

Teach.az xəbər verir ki, Gameloft-un məşhur oyun seriyası Asphalt-ın yeni oyunu Asphalt 9: Legends, iOS platforması üçün təqdim olunub. Asphalt 8: Airborne-un davamı xüsusiyyətində olan oyun, bu anda yalnız Filippində yükləmə üçün aktiv edilib. Lazımlı kontrollar edildikdən sonra oyunun dünya daxilində təqdim olunması gözlənilir.



5 ildən bəri mobil platformaların ən məşhur yarış oyunlarından olan Asphalt ardıcıllığı, eyni zamanda bütün zamanların ən çox endirilən oyun silsilələrindən biridir. Pulsuz olaraq təqdim olunan oyun, HDR görüntü texnikalarıyla, günümüzün müasir qrafik kompüter oyunu keyfiyyətinə sahib vəziyyətdədir. 1.4 GB-lıq bir storage istəyən Asphalt 9da, əvvəlki oyunların əksinə yeni bir nəzarət sxemi olan "TOUCH DRIVE" xüsusiyyəti əlavə edilib. Real vaxt 8 oyunçuya qədər dəstək verən Asphalt 9, çox yaxında Android üçün də təqdim olunacaq.

Asphalt 9: Legends-ı iOS 8.0 və üzəri bütün cihazlarda oynaya bilərsiniz.

Fira