PS Plus Mart ayında super oyunlar verir

PS Plus Mart ayında super oyunlar verir

PS Plus üzvləri üçün Mart ayı müdhiş keçəcəyə bənzəyir. Çünki, PlayStation sahibləri üçün hər ay pulsuz oyunlar təqdim edən və bir çox oyunda da xüsusi fürsətlər təmin edən PS Plus ilə Mart ayında istifadəçilərə təqdim ediləcək oyunlar açıqlanıb.

Teach.az xəbər verir ki, Mart ayında PS4 istifadəçiləri üçün pulsuz hala gələcək olan bir digər əhəmiyyətli istehsal isə, Insomniac Games tərəfindən inkişaf etdirilən Ratchet& Clank olub. Bunların yanında Mighty No. 9, Claire: Extended Cut və Bombing Busters PS 4 üçün pulsuz hala gəlir. Beləcə Playstation 4 sahibləri, Mart ayında beş fərqli oyuna pulsuz çata biləcək.

PS Plus Mart oyunları tam olaraq bu şəkildədir:

• Bloodborne ( Playstation 4 )
• Ratchet and Clank ( Playstation 4 )
• Legend of Kay Anniversary ( Playstation 3 )
• Mighty No. 9 ( Playstation 3 və Playstation 4 )
• Claire: Extended Cut ( Playstation Vita ve Playstation 4 )
• Bombing Busters ( Playstation Vita ve Playstation 4 )

Sony, bu oyunlar ilə Mart ayında PS Plus abonentləri olduqca sevindirəcək olsa da, köhnə modellər üçün yolun sonuna gəlinir. Son olaraq ötən ay PS Plus üzvlərinə təqdim edilən pulsuz oyunların, 6 Mart tarixinə qədər hələ də endirilə bilən vəziyyətdə olacağını xatırlatmaq istəyirik.

Fira