İntiharların qarşısnı almaq üçün süni intellekt yaradılır

İntiharların qarşısnı almaq üçün süni intellekt yaradılır

Dünyada sayı günü-gündən artan intiharların qarşısını almaq texnologiya ilə mümkün olacaq.

Teach.az xəbər verir ki, Kanada hökuməti intiharların sayını kəskin azaltmaq üçün süni intellekt yaratmaq fikrindədir. Bu süni intellekt xüsusilə gənclərin sosial şəbəkə hesablarında paylaşımlarını izləyəcək, yaşana bilənəcək intiharların qarşısını alacaq.

Dövlətin bu istiqamətdə Advanced Symbolics Inc. firması ilə danışıqlara başladığı deyilir.

İntiharların qarşısını almaq üçün Facebook da bir sıra işlərə imza atıb. Belə ki, bunun üçün sosial şəbəkədə intihar önləmə komandası qurulub. Bunun vasitəsilə intihara meylli mesajlar yoxlanılacaq, həmin mesajları göndərən istifadəçi ilə sağlamlığı barəsində ünsiyyət qurulacaq və lazım gələrsə həmin şəxsin problemlərinin həll olması istiqamətində dəstək olunacaq.