Google yeni bir oyun  üzərində çalışır

Google yeni bir oyun üzərində çalışır

İki ildən uzun müddətdir üzərində çalışılan layihə tamamlandıqdan sonra Google, oyun sektoruna iddialı bir giriş edəcək.

Teach.az xəbər verir ki, hər sektorda özünü göstərməsinə alışmış olduğumuz Google, yeni bir oyun konsolu üzərində çalışır. "Yeti" adı verilən oyun konsolu layihəsinə Mario Queiroz və Majdi Bakar başçılıq edir edir. 2015-ci ildə başlayan layihənin 2 il sürüb 2017 -ci ilin sonlarında bitməsi planlaşdırılırdı. Ancaq bir çox gecikmə yaşanan layihənin nə vəziyyətdə olduğu və nə zaman tamamlanacağıyla əlaqədar bir məlumat paylaşılmayıb.



Tamamlandıqdan sonra "Yeti" konsolu böyük ehtimalla Pixelbook-da olduğu kimi "Made by Google" damğasıyla satışa çıxarılacaq. Ayrıca Google konsol tətbiqinə xüsusi, bulud üzərindən canlı yayın edilən bir sistem üzərində də çalışır.

Fira