Trap Adventure 2 dünyanın ən çətin oyunu seçildi

Trap Adventure 2 dünyanın ən çətin oyunu seçildi

“Trap Adventure 2 - Hardest Retro Game” oyunu smartfonlar üçün ən çətin oyun adını alıb.
Teach.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, bu əlavə istifadəçilər üçün “Apple”in mağazasında artıq mövcuddur.

Belə ki, mobil cihazlar üçün “Apple”in populyar əlavələr mağazasında istifadəçilər üçün retro oyunun istifadəsi mümkün olub. Bu oyun artıq cihaz üçün ən yaxşı piksel platformeri adını qazana bilib.

“Trap Adventure 2-Hardest Retro Game” ən çətin oyun hesab edilir. Bir çox istifadəçilər onu çətinliyinə görə “Flappy Bird” ilə müqayisə edir. Bu oyun keçmək üçün o qədər də asan əlavə deyil.

Baxmayaraq ki, “Trap Adventure 2” olduqca komikdir və özünəməxsusdur, onu adi sözlə ifadə etmək çox çətindir. Onun icmalını internetdə izləmək mümkündür. Elə həmin yerdə oyunsevərlərin şərhlərini də görmək mümkün olacaq.