Bu qurğu qoxunu müəyyən edəcək

Bu qurğu qoxunu müəyyən edəcək

Yaponiyanın "Tanita" şirkəti qoxunun intensivliyini müəyyənləşdirməyə imkan verən "ES-100" cihazını təqdim edib.

Teach.az Milli.Az -a istinadən bildirir ki, cihazdan istifadə etmək üçün onu işə salmaq və sensoru bədənin lazımi hissəsinə yaxınlaşdırmaq tələb olunur. On saniyədən sonra ekranda onballıq şkala üzrə qiymətləndirmə görünməyə başlayır. Göstərici 5 bal səviyyəsində olan zaman istehsalçı təmiz geyim geyinməyi və duş qəbul etməyi tövsiyə edir.

"Tanita ES-100" qurğusu həm tər, həm də parfümeriya iyinə reaksiya verir.

Hazırda yalnız Yaponiyada satışa çıxarılan "ES-100" cihazının qiyməti 14 min yen təşkil edir və ciddi geyim tərzinə üstünlük verən şirkətlərdə çalışan kişilər üçün nəzərdə tutulub.

Təlimata görə, sensordan 2 min dəfə istifadə etmək mümkündür.