Dünyanın ən sinir edici oyununu qazandı və sildi-VİDEO

Dünyanın ən sinir edici oyununu qazandı və sildi-VİDEO

2017-ci il çətin və sinir edici oyunların ili oldu deyə bilərik. Əsasən də "Dark Souls" və "Cuphead" kimi çətin oyunları "sinir edici" oyunlar sırasına salmaq lazımdır. Bu oyunlardan Bennett Foddy-nin yeni oyunu "Getting Over It with Bennet Foddy" isə bu ilin sonlarına doğru populyarlaşıb.

Teach.az xəbər verir ki, oyun iştirakçıları arasında populyar olan və dünyanın ən sinir edici oyunlarından biri olan "Getting Over It With Bennet Foddy"-də bir nəfər qalib gəldikdən sonra oyunu silib. Bu oyunda bədənin yarısı qazanın içinə yerləşmiş və əlində çəkic tutan yarı çılpaq bir adam ilə olduqca çətinliklə ən təpəyə çıxmağa çalışılır. Ancaq oyunun qaydaları çox çətindir. Hətta bir səhv edib uduzduqda oyunu davam etmək olmur, yenidən başa qayıdılır.

"Distortion 2" adlı bir oyun iştirakçısı imkansız görünən rekordu qırdı. Rekordu qırarsa oyunu siləcəyini deyən oyunçu, qalib gəldiyi oyunu və həmin oyunu sildiyi vaxtları çəkib Youtube-a yüklədi.

Fira