Facebook, Gözünüzün Bağlı Çıxdığı Şəkilləri Düzəldəcək Bir Süni İntellekt İnkişaf Etdirdi

Facebook, Gözünüzün Bağlı Çıxdığı Şəkilləri Düzəldəcək Bir Süni İntellekt İnkişaf Etdirdi

Facebookun üzərində çalışdığı süni intellekt sayəsində artıq gözünüzün bağlı çıxdığı fotoşəkilləri düzəldə biləcəksiniz.
Bəzi anlar vardır yalnız bir poza çəkə bilərsiniz və gözünüzün bağlı çıxdığını sonradan görürsünüz. Facebook tərəfindən hazırlanan süni intellekt ilə artıq belə bir problem olmayacaq. İnkişaf etmiş süni intellekt sayəsində alqoritm sizin köhnə şəkillərinizi istifadə edərək gözü bağlı olan fotoşəkillərinizi düzəldir.


Yuxarıda da görə biləcəyiniz kimi çalışmaqda olan alqoritm, gözü bağlı olduğu üçün paylaşılamayan minlərlə fotoşəkili xilas edəcək. Doğru fotoşəkili tapdığınızda çox müvəffəqiyyətli çalışan süni intellekt, səhv fotoşəkil seçimi etdiyiniz halda isə çox da real nəticələr vermir.

Süni intellektin istifadəçilərə təqdim edilməsi ilə birlikdə qrup olaraq çəkilmiş fotoşəkilləri də düzəldilə biləcəyi ifadə edildi. Şirkətin hələ üzərində çalışdığı süni intellektin, tamamlanmasından sonra Facebook tərəfindən istifadəçilərinə təqdim edilməsi gözlənilir.